Fransa Liqa1-də XXVI turun növbəti oyunu olub. Matc.az saytının məlumatına görə, günün ilk görüşündə PSJ meydana çıxıb.

Paris təmsilçisi ortabablardan olan "Nim"i öz meydanında böyük hesabla məğlub edib - 3:0. Görüşdə dubla imza atan PSJ-nin hücumçusu Kilian Mbappe tarixə düşüb. Bununla gənc forvard Liqa1-də 50 və 51-ci qolunu vurub. Fransa millisinin üzvü bunun 35-ni PSJ-nin, 16-nı isə "Monako"nun heyətində rəqib qapılarından keçirib.

Bununla Mbappe son 45 ildə 50 qol həddinə çatan ən gənc (20 il, 2 ay, 3 gün) oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest