Aprelin 3-də Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi keçiriləcək. Matc.az xəbər verir ki, tədbirdə quruma üzv olan 55 milli federasiyanın nümayəndələri iştirak edəcək.

Həmçinin AFFA rəhbərliyi də mötəbər toplantıya qatılacaq.

Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinin 4 il müddətinə 8 nəfər üzvü (ən azı 1 nəfər qadın olmaqla), 2 il müddətinə isə 2 nəfər üzvü seçiləcək. Namizədlər arasında keçmiş SSRİ ölkələrindən Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko, Latviya Futbol Federasiyasından Vadim Lyaşenko, Ermənistan Futbol Federasiyasından Armen Melikbekyan da var.

Bundan başqa, tədbirdə UEFA-nın 2023/24 və 2025/26-cı illər üçün maliyyə hesabatı müzakirə olunacaq. Konqresdə UEFA komitələrində də dəyişiklik ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest