Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 28-ci turu ilə bağlı qərarlar verilib.
“Turan Tovuz” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan tovuzlular 700 manat cərimələnib. Qarşılaşmada “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub ki, bu da ağdamlıları 1500 manat ziyana salıb.
“Araz-Naxçıvan”la matçda heyətində 6 nəfər sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib. Naxçıvanlıların futbolçusunun formasında isə qüsur olması səbəbindən görüş gec başlayıb. Bu, “Araz-Naxçıvan”ı 800 manat xərcə salıb.
“Səbail”lə ev matçında isə “Kəpəz”in azarkeşləri tərəfindən 6 ədəd oturacaq sındırılıb. Stadiona dəymiş zərəri “Kəpəz” ödəməlidi.