Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar çıxarılıb:
 
Misli Premyer Liqasının VII turunun "Sabah" – "Turan Tovuz" matçının 36-cı dəqiqəsində "Turan Tovuz" klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
Misli Premyer Liqasının VII turunun "Qəbələ" – "Sumqayıt" matçının 83-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün "Qəbələ" klubu 4000 manat cərimə olunur. (maddə 41.7). Bu oyunun 84-cü dəqiqəsində "Qəbələ" klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
Misli Premyer Liqasının VII turunun "Səbail" – "Neftçi" oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə "Səbail" klubu 800 manat cərimə olunur. (maddə 60).
 
Misli Premyer Liqasının VII turunun "Kəpəz" – "Şamaxı" matçının 34-cü dəqiqəsində "Kəpəz" klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün "Kəpəz" klubu 4000 manat cərimə olunur. (maddə 41.7). Bu oyunun 2-ci hissəsində "Şamaxı" komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün "Şamaxı" klubu 800 manat cərimə olunur. (maddə 84). "Kəpəz" klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39). "Şamaxı" klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 200 manat cərimə olunur (maddə 47.2).
 
AFFA Gənclər Liqasının "Kəpəz" – "Səbail" oyununda "Kəpəz" klubunun 37 nömrəli futbolçusu Sənan Kərimov oyunun 34-cü dəqiqəsində  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
 
AFFA Gənclər Liqasının "Zirə" – "Qarabağ" oyununda "Zirə" klubunun 4 nömrəli futbolçusu Azər Arzumanov oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
AFFA U-15 Liqasının III turunun "Zaqatala" – "Azad" oyununda təcili yardım maşını və tibbi heyətin oyuna gəlməməsinə görə oyun baş tutmadığı üçün "Zaqatala" klubu avtomatik olaraq 0:3 hesabı ilə texniki məğlubiyyətə uğrayır. (maddə 30).
 
AFFA U-15 Liqasının III turunun İCBFA – "Sumqayıt" oyununda İCBFA klubunun baş məşqçisi Məhəbbət Rəhimov oyunun 65-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).
 
AFFA U-17 Liqasının VII turunun ROFM – "Kəpəz" oyununda "Kəpəz" klubunun 8 nömrəli futbolçusu Cahangir Nəbiyev oyunun 67-ci bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
AFFA U-17 Liqasının VII turunun ROFM – "Kəpəz" oyununda ROFM klubunun həkiminin məcburi iştirakı ilə bağlı komanda xəbərdar edilir. Qeyd olunur ki, növbəti oyunlarda klubun həkimi olmadıqda kluba qarşı sərt cəza tədbirləri tətbiq olunacaq.
 
AFFA U-16 Liqasının III turunun "Neftçi" – "Qarabağ" oyununda "Qarabağ" klubunun 1 nömrəli futbolçusu İlkin İsgəndərli oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).
 
AFFA U-16 Liqasının III turunun "Neftçi" – "Qarabağ" oyununda "Qarabağ" klubunun baş məşqçi Asif Əlizadə oyundan sonra hakimlər otağına gəldiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 67.2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest