UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş Avstriya yığması ilə matç Fransa millisinin hücumçusu Olivye Jiru üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri bu matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 
Bununla da "Milan"ın hücumçusu Fransa millisinin tarixində ən yaşlı bombardirə çevrilib. Hazırda onun 35 yaşı (və 357 gün), hesabında isə 49 qol var.
 
Jirunun Fransa komandasının tarixində bombardirlər siyahısında Tyeri Anriyə (51 qol) çatmaq üçün iki qolu qalıb. Anri 51 qolu 123 matçda rəqib qapılarından keçiribsə, Jiru 113 oyuna 49 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest