Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Lill"dən ayrılan portuqaliyalı yarımmüdafiəçi Şekanı heyətinə cəlb edib.
 
Bu barədə "Renn"in rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Tam adı Migel Angel da Silva Roşa olan "Şeka" ləqəbli yarımmüdafiəçi "Braqa"nın yetirməsidir. Portuqaliyalı futbolçu 2017-ci ildən "Lill"in uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest