Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yarımmüdafiəçisi Mahir Emreli növbəti dəfə zədələnib. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının 11-ci turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi oyunda iştirak etməyib.
 
Mahir sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb. Mətbuat azərbaycanlı hücumçunun hansı şəraitdə zədələndiyini yazmayıb.
 
Emreli iyul ayının sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest