Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının birinci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.
 
Sözügedən qarşılaşma sabah - oktaybrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Saat 17:00-da başlayacaq oyunu Türkiyədən olan hakimlər (Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay) idarə edəcəklər.
 
Xatırladaq ki, bu komandalar arasında Xorvatiyada keçirilmiş oyunda “Qəbələ”nin U-19 komandası 0:3 hesabıyla məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest