"Vəziyyəti başa düşmədim. Bu, böyük bir yanlış anlama idi. Düşünürdüm ki, Kepanın ayağında qıcolma yaranıb və o, penaltilər seriyasına hazır deyil"

İngiltərə Liqa Kubokunun final oyununda maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, "çelsi" ilə "Mançester Siti" arasında keçirilən görüşün son saniyələrində birincilərin baş məşqçisi Mauritsio Sarrinin qapıçı Kepa Arrizabalaqanı əvəzləmək istəyi ciddi qalmaqala səbəb olub.

Belə ki, qolkiperin meydandan çıxmaq istəməməsi italiyalı mütəxəssisi də özündən çıxarıb. Sonda hər şey Kepanın istədiyi kimi olub və o, sona qədər meydanda qalıb.

Qarşılaşmadan sonra Sarri vəziyyətə aydınlıq gətirib. O, oyunçusunu haqlı hesab edib: "Vəziyyəti başa düşmədim. Bu, böyük bir yanlış anlama idi. Düşünürdüm ki, Kepanın ayağında qıcolma yaranıb və o, penaltilər seriyasına hazır deyil. Ancaq fikirləşdiyim kimi deyilmiş, onun vəziyyəti yaxşı idi. Sakitləşməli idim, bu üzdən tunelə tərəf üz tutdum. Kepa zədəyə görə onu əvəzləmək istədiyimi başa düşdükdən sonra problemi olmadığını bildirdi. O, haqlı idi. Həkim onun yanından gələndən sonra başa düşdüm. Kepa ilə durumu aydınlaşdırmaq üçün danışdım. İndi hər şey mənə aydındı".

Qeyd edək ki, "Mançester Siti" penaltilər seriyası ilə qalib gələrək, kuboku qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest