10 Oktyabr 2022, 17:49
DİGƏR
Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu kollektiv yarışın sonuncu turunda "Türkiyə-Anadolu" klubunu 2,5:1,5 hesabıyla məğlub edib.
Bununla da, xalını 13-ə çatdıran ölkəmizin əsas təmsilçisi 3-cü yeri tutub.
Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. özbəkistanın birinci yığması isə ikinci yeri tutub.
Bu gün Naxçıvan olimpiadasının bağlanış mərasimi keçiriləcək.