26 Fevral 2019, 00:05
FUTBOL
Almaniya III Bundesliqasında XXV tura yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti oyununu keçirib.
Munster təmsilçisi "Uerdingen"lə səfərdə qarşılaşıb. Görüş 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Dadaşov hesab 0:2 olarkən 81-ci dəqiqədə meydana daxil olub. Ancaq həmyerlimizin oyuna girməsi də komandasına kömək olmayıb.
Rüfət 85-ci dəqiqədə "fərqlənsə" də, adını tabloya yox, sarı vərəqə alanların sırasına yazdırıb.
Qeyd edək ki, 25 oyundan sonra aktivində 35 xal olan "Proysen" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.