"Mançester Yunayted"in baş məşqçi əvəzi Ula Qunnar Sulşer maraqlı addımla diqqət çəkib. Matc.az saytının məlumatına görə, mütəxəssis məşhur aktyor Kit Harinqtona klubun formasını hədiyyə edib.

"Game Of Thrones" (Taxt oyunları) serialında Con Snou obrazı ilə tanınan aktyor İPL-in 27-ci turu çərçivəsində keçirilən "Liverpul"la matçda (0:0) azarkeş kimi iştirak edib. Oyundan sonra üzərində "King The North" (Şimalın kralı) yazılmış 1 nömrəli formanı hədiyyə verən Sulşer sevimli aktyoru ilə foto çəkdirib.

Maraqlıdır ki, klubun rəsmi tvitter səhifəsi bu fotonu "From one King in the North to another" (Şimalın bir kralından digərinə) başlığı ilə paylaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest