"Barselona" heyətini gücləndirmək istəyir. Matc.az saytının məlumatına görə, kataloniyalılar "Atletiko"nun futbolçusu Saul Nigezin transferinə hazırlaşır.

"AS" nəşri iddia edir ki, "Barselona" komandadan ayrılacağı gözlənilən İvan Rakitiçin yerini 24 yaşlı yarımmüdafiəçi ilə doldurmağı planlaşdırır.

Bunun üçün klub 110 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, ispan futbolçu bu mövsüm La Liqada 21 matçda 2 qol vurub,  1 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest