Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində 3 medal qazanıb. Matc.az xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 20-yə qədər olan iştirakçılar arasında qüvvəsini sınayıb.
 
O, birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran Məmmədov bu hərəkətdə 3-cü yeri tutub.
 
Toplam 261 kq (120+141) nəticə göstərən idmançı yekun sıralamada gümüş medal qazanıb.
 
Oktyabrın 25-dək davam edəcək yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) qüvvəsini sınayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest