Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində növbəti görüşlərini keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub.
 
Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.
 
Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest