CIES futbol qurumu 2018-ci ildə ən çox driblinq edən futbolçuların adlarını açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıya "böyük beşlik" ölkələrində çıxış edən 50 oyunçu salınıb.

Təhlil ən azı 1800 dəqiqə (Bundesliqada oynayanlar 1500 dəqiqə) meydanda olan futbolçular arasında aparılıb. Siyahıya "Barselona"nın kapitanı Lionel Messi başçılıq edir. Argentinalı superulduz orta hesabla 19,2 dəqiqədən bir driblinq edib. Onu "Nitsa"lı Allan Sent-Maksimin izləyib. İlk "üçlüy"ü "çelsi"nin yarımmüdafiəçisi Eden Azar qapayıb.

Maraqlıdı ki, ilk "10-luq"da qərarlaşan oyunçulardan 8-i Fransada yetişib. PSJ-nin hücumçusu Kilian Mbappe orta sıralarda özünə yer edibsə, "Yuventus"un qol "silahı" Kriştianu Ronaldo "50-liy"ə düşə bilməyib.

Faiz etibarilə Eden Azar ilk "10-luq"da yer alan oyunçuların hamısını qabaqlayıb. Digərlərindən az müddət meydanda qalan Azarda driblinq göstəricisi 73%-di. "Dijon"lu Naim Sliti və "Genqam"lı Markus Türamda bu, 72%-lə ölçülüb.

 

2018-ci ildə dəqiqə baxımından ən çox driblinq edənlər:

1. Lionel Messi ("Barselona") - 19,2 dəqiqə

2. Allan Sent-Maksimin ("Nitsa") - 19,8

3. Eden Azar ("çelsi") - 21

4. Naim Sliti ("Dijon") - 21,4

5. Usman Dembele ("Barselona") - 21,7

6. Cedon Sanço ("Borussiya" Dortmund) - 24,1

7. Markus Türam ("Genqam") - 24,2

8. Ceff Reyne-Adelayde ("Anje") - 24,7

9. Vilfred Zaha ("Kristal Pelas") - 25,6

10. Anxel Korrea ("Atletiko") - 27,1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest