20 Oktyabr 2022, 11:23
DİGƏR
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ilk final görüşünü keçirəcək. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.
İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.
Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.