20 Oktyabr 2022, 23:34
DİGƏR
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ilk final görüşünü keçirib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ilk final görüşünü keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.
Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.
İkinci final görüşü oktyabrın 21-də olacaq.