"Mançester Yunated" əsas qapıçısı David De Xeaya yeni müqavilə təklif edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik qolkiperin maaşında da artım edib.

Belə ki, İspaniya millisinin üzvünə illik 20,4 milyon avro maaş təklif olunub. Bununla De Xea dünyanın ən yüksək ödənişli qapıçısına çevrilə bilər. Ancaq təklif onun ürəyincə olmayıb. 29 yaşlı oyunçu daha yüksək maaş tələb edib.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan David De Xea bu mövsüm Premyer Liqada 27 oyunda çərçivəni qoruyub, 35 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest