Azərbaycan gimnastları Nicat Mirzəyev və Ammar Baxşaliyev batut gimnastikası üzrə "Latvian Cup" beynəlxalq turnirində qızıl medal qazanıblar.
 
Matc.az xəbər verir ki, milli komandanın üzvləri fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Xatırladaq ki, turnir Latviyanın paytaxtı Riqada keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest