Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu – sonuncu mərhələsində mübarizə aparacaq. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.
 
Sonuncu raund 14-20 noyabrda keçiriləcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
 
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest