03 Noyabr 2022, 18:44
DİGƏR
"Dövlətin idmançılara və mütəxəssislərə qayğısı daim diqqət mərkəzindədir. Bunun davamı olaraq, V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların və mütəxəssislərin mükafatlandırılmasına başlanıldı". Matc.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılara mükafatların yeni qaydada ödənilməsi barədə qurumun rəsmi saytındakı öz qeydində yazıb.
O bildirib ki, mükafatlar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, nazirliyin hazırladığı qaydalar əsasında verilib: "İnanıram ki, yeniliklər məşqçilərin, idmançıların və onların hazırlığında əməyi olan digər mütəxəssislərin motivasiyasına, həmçinin federasiyaların inkişafına dəstək olacaq".
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi beynəlxalq yarışlarda uğur qazanmış idmançıların mükafatlandırılması üçün yeni qaydalar tətbiq edib.