Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib. Matc.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında "Qalatasaray" səfərdə "Hatayspor"la üz-üzə gəlib.

Görüşə əsasən ehtiyat oyunçularla çıxan istanbullular oyuna uğurlu başlayıb 2:0 hesabı ilə önə keçsələr də, sonradan toparlanan meydan sahibləri 4 qol vurmağa müvəffəq olublar.

Meydan sahibləri oyunu 4:2 hesablı qələbə ilə başa vursa da, ilk qarşılaşmada 2 cavabsız qolla qələbə qazanmış "aslan" səfər qolu qaydası ilə yarımfinala yüksəlib.

 

Türkiyə Kuboku

1/4 final (cavab oyunu)

"Hatayspor" – "Qalatasaray" – 4:2

Gökhan Karadeniz, 59 (pen.), 71 (pen.), Mirkan Aydın, 79, İsmayıl çipe, 87 (avtoqol) – Muğdat çelik, 21, Emre Akbaba, 53

İlk oyun – 0:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest