"çelsi"nin yarımmüdafiəçisi Eden Azar maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Matc.az saytının məlumatına görə, belçikalı futbolçu "zadəganlar"ın baş məşçqisi Maurisio Sarrini müdafiə edib.

O, klubun uğursuz çıxışındakı günahın təkcə italiyalı mütəxəssisdə olmadığını vurğulayıb: "Biz hamımız məşqçi ilə birlikdəyik. Bilirik ki, bu ay bizim üçün heç də adi keçməyib. Amma hədəfimiz və məqsədimiz dəyişməyib, əsas istəyimiz mövsümün sonunda lazım olan nəticəni əldə etməkdir. Hazırda komanda böyük təzyiq altındadı, çünki azarkeşlərimiz bizi ən pis halda "ilk dördlük"də görmək istəyir. Amma biz də "çelsi"yik və təzyiqin öhdəsindən gəlməyi yaxşı bilirik".

Azar bundan sonra hər oyunu Sarri üçün oynayacaqlarını da qeyd edib: "Biz bundan sonra çox qələbə qazanacağıq. Hər birimiz Sarri üçün, komanda üçün və özümüz üçün oynayırıq. Hər şeydə baş məşqçini günahlandırmaq olmaz. Doğrudur, oyun üçün heyəti o seçir, amma meydanda bütün məsuliyyət futbolçuların çiynindədir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest