27 Fevral 2019, 21:08
FUTBOL
"Mançester Siti" iki itki ilə üzləşib. Matc.az klubun saytına istinadən məlumat verir ki, mərkəz yarımmüdafiəçisi Fernandinyo və müdafiəçi Emerik Lyaport xəsarət alıblar.
Hər iki ouyunçu Liqa Kubokunun finalında "çelsi" ilə matçda sıradan çıxıb.
Əzəli zədəsi ilə üzləşən oyunçular martın ortalarına qədər komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, Fernandinyo və Lyaport Premyer Liqanın "Vest Hem", "Bornmut" və "Uotford", həmçinin çempionlar Liqasının "Şalke" ilə cavab matçını buraxacaq.