"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb. Matc.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bununla bağlı açıqlama verib.

Türkiyə mətbuatına danışan mütəxəssis bu xəbərləri təkzib edib. 66 yaşlı məşqçi istefa verməyi düşünmədiyini söyləyib.

Qeyd edək ki, Günəşin Türkiyə Superliqasının 23-cü turunda "Fənərbaxça"ya 3:0  hesabı ilə irəlidə olduqları matçın heç-heçə (3:3) ilə  bitməsindən sonra  klubdan ayrılacağı iddia olunurdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest