Fevralın 27-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Matc.az saytının məlumatına görə, açılış mərasimindən sonra final yarışlarına start verilib.

Müxtəlif çəki dərəcələrində Gülşən Bağırova (-44 kq), Mirağa Hacıyev (-55 kq), Gültac Məmmədəliyeva (-52 kq), Davud Abbaslı (-66 kq), Diana Şoranova (-63 kq), Vüsal Şamilov (-81 kq), Aliyə Müslümova (-78 kq) və Abdulla İsmayılov (-100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. 

Azərbaycan birinciliyinə fevralın 28-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest