Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb. Matc.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib.
 
Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb.
 
Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb.
 
Niftəliyev və Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest