Türkiyə kubokunda növbəti yarımfinalçının adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, 1/4 finalın növbəti cavab qarşılaşmasında "Göztəpə" ilə "Yeni Malatyaspor" üz-üzə gəlib.

İlk qarşılaşması malatyalıların 0:1 hesablı qələbəsi ilə başa çatan oyunun ikinci görüşü "Göztəpə"nin üstünlüyü ilə yekunlaşıb – 1:0. Əlavə vaxtda da hesab dəyişməyincə, qalibi penalti vuruşları müəyyən edib.

Daha dəqiq oynayan "Yeni Malatyaspor" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Türkiyə kubokunda sonuncu yarımfinalçının adına bugün "Kasımpaşa" – "Akhisarspor" oyunundan sonra aydınlıq gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest