06 Noyabr 2022, 21:14
DİGƏR
Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda final görüşü baş tutub. Matc.az xəbər verir ki, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.
Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün bu komanda qızıl medala yiyələnib.
Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.
Yunan-Roma güləşi üzrə künya kuboku
Final
Azərbaycan - İran 5:5
55 kq
Eldəniz Əzizli - Poya Marz - 4:1
60 kq
Nihad Məmmədli - Mohsen Nejad - 4:5
63 kq
Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8
67 kq
Həsrət Cəfərov - Danial Söhrabi - 5:1
72 kq
ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3
77 kq
Sənan Süleymanov - Arif Həbibullahi - 7:1
82 kq
Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1
87 kq
Murad Əhmədiyev - Abulfəz Ali çubani - 1:2
97 kq
Arif Niftullayev - Mehdi Balihamzede - 2:5
130 kq
Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6