İtaliya kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Matc.az saytının məlumatına görə, "Fiorentina" ilə "Atalanta" ilk görüş çərçivəsində Florensiyada üz-üzə gəlib.

Bol qollu alınan qarşılaşmadan "Atalanta" heç-heçə ilə ayrılaraq, cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı aprelin 24-də keçiriləcək.

 

İtaliya kuboku

Yarımfinal, ilk oyun

"Fiorentina" - "Atalanta" - 3:3

Kyeza, 33; Benassi, 36; Muriel, 79 - Qomes, 16; Pasaliç, 18; de Roon, 58

 

Qeyd edək ki, yarımfinalın digər cütlüyündə baş tutan "Latsio" - "Milan" oyununda 0:0 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest