"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyasının XXV turunda "Bolonya" ilə qarşılaşmada zədələnən portuqaliyalı qarşıdakı oyunu buraxacaq.

Turin təmsilçisi martın 3-də növbəti tur çərçivəsində "Napoli"nin qonağı olacaq. Ronaldo həmin oyuna aparılmayacaq. Lakin o, çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab görüşünə qədər sağalacaq.

Qeyd edək ki, "Yuventus" - "Atletiko" oyunu martın 12-də keçiriləcək. İlk görüşdə madridlilər 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest