Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Albert Vuds Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi ilə bağlı Bakıda səfərdə olub. Matc.az xəbər verir ki, o, AKAF rəhbərliyi ilə görüşüb.
 
Qurumun rəhbəri Vüqar Əhmədov ICF prezidenti ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. Görüş zamanı Albert Vudsa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkədə idmana və idmançılara göstərdiyi qayğıdan danışılıb. Qeyd olunub ki, müstəqillik illərində Azərbaycan təmsilçiləri çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə ediblər.
 
Eyni zamanda, avarçəkmənin hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ildə bir neçə yarış təşkil edib. Bu yarışlar 6-7 mayda mərhum prezident Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan"Prezident Kuboku" və 21-23 oktyabrda keçirilən "Mingəçevir Reqatası" beynəlxalq turnirlərdir.
 
Avropa Kanoe Assosiasiyasının da prezidenti olan funksionerlər AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Albert Vuds Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək fəaliyyətində uğur arzulayıb. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest