Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 2-ci turunda polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
 
Məmmədyarov rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Təcrübəli şahmatçı 3-cü turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
 
O, hazırda 8 şahmatçı arasında 3 xalla 5-ci pillədə qərarlaşıb. İti zəka sahibi ilk turda hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gəlmişdi - 2,5:1,5.
 
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest