18 Noyabr 2022, 12:54
DİGƏR
Stolüstü tennis üzrə Azərbaycan Kubokunda komanda yarışları başa çatıb. Matc.az xəbər verir ki, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda kişilərin mübarizəsi Təhsil RİM kollektivinin qələbəsi ilə yekunlaşıb.
MOİK ikinci yeri tutub. "Sərhədçi" və "Sumqayıt" komandaları 3-cü yeri bölüşüblər.
"Sumqayıt" komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.
Yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.