Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu - yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.
 
Məmmədyarov yarışı 8 şahmatçı arasında 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
 
Xatırladaq ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid"də ikinci yeri tutmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest