01 Mart 2019, 15:15
FUTBOL
Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə ilk namizəd müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Habertürk"ün idman yazarı Sərdar Ali çəliklər bu istəklə çıxış edib.
O, Yıldırım Dəmirörənin istefasından sonra boş qalan prezidentlik postuna namizədliyini irəli sürüb: "Nə ticarət, nə də siyasət adamıyam. Federasiya prezidenti seçilsəm, ölkə futbolunda çox şeyi dəyişəcəm. Ən önəmlisi, legioner limitini ləğv edəcəm".
Qeyd edək ki, Yıldırım Dəmirörən 2012-2019-cu illərdə TFF-yə rəhbərlik edib.