"Real"ın müdafiəçisi Rafael Varanın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvünün zədəsi ciddi deyil.

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Barselona" ilə cavab görüşündə dizindən xəsarət alan 25 yaşlı oyunçu bu gün kollektivlə birlikdə məşqlərdə iştirak edib. Baş məşqçi Santyaqo Solari onun La Liqanın XXVI turunda "Barselona" ilə görüşdə iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest