Azərbaycan cüdo üzrə 2022-ci ildə keçirilən beynəlxalq yarışlarda qazanılan medalların əyyarına görə dünyada lk "10-luq"da qərarlaşıb. Matc.az xəbər verir ki, ölkəmizin təmsilçiləri il ərzində ümumilikdə 169 medala sahib çıxıblar. Bunlardan 55-i qızıl, 49-u gümüş, 65-i bürüncdür.
 
Bununla Azərbaycan il ərzində keçirilən beynəlxalq yarışlarda ən yaxşı nəticə göstərən ölkələr arasında 6-cı pillədə yer alıb. 
 
İlk sırada 124 qızıl, 102 gümüş, 217 bürünc mükafatla Fransadır. Özbəkistan (71 qızıl, 54 gümüş, 112 bürünc) ikinci, Yaponiya (63 qızıl, 25 gümüş, 26 bürünc) üçüncüdür. 
 
Sıralama bütün yaş kateqoriyaları üzrə beynəlxalq yarışlarda (dünya, qitə çempionatları, “Böyük Dəbilqə", qran-pri, qitə açıq turnirləri, qitə kuboku və s.) əldə oluna nəticələr əsasında formalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest