01 Mart 2019, 20:36
FUTBOL
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısı bəlli olub. Matc.az saytının məlumatına görə, ad uğrunda 3 mütəxəssis qiyabi mübarizə aparacaq.
"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer, "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola və "Arsenal"ın meneceri Unay Emeri ən yaxşı olmaq üçün azarkeşlərin səsverməsindən keçəcəklər.
"MY" ötən ay keçirdiyi 4 matçda 3 qələbə və bir heç-heçə əldə edib.
"Şeytanlar"ın həmşəhərlilərində isə bu göstərici 4/4-ə bərabərdi.
"Arsenal" isə sadəcə "Mançester Siti"yə uduzmaqla digər 3 qarşılaşmadan qalib ayrılıb.