01 Mart 2019, 21:13
FUTBOL
İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales maraqlı açıqlama ilə çıxış edib. Matc.az saytının məlumatna görə, şəxsi tviter hesabından paylaşım edən federasiya rəhbəri növbəti mövsümdən etibarən bazar ertəsi günləri çempionat oyunlarının keçiriləməyəcəyini bildirib.
O fikrini belə izah edib: "Növbəti mövsümdən etibarən bazar ertəsi günü heç bir futbol görüşü olmayacaq. La Liqa oyunları şənbə və bazar günləri keçiriləcək. Cümə günü haqqında isə hələ düşünüb qərar verəcəyik. Hamı üçün ən yaxşı olanı edəcəyik. Pul vacibdir, amma azarkeşlər daha vacibdir".
Qeyd edək ki, həftəiçi oyunların keçirilməsi yerli azarkeşlərin də etirazı ilə qarşılanırdı.