01 Mart 2019, 21:39
FUTBOL
"Neftçi" Topaz Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Sabah"la matçın hazırlığını tamamlayıb. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə oyunöncəsi son məşqə çıxıb.
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Məşqə zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçular qatılıblar.
Qeyd edək ki, "Neftçi" – "Sabah" oyunu sabah saat 18:30-da start götürəcək.