Almaniya Bundesliqasının XXIV turunda "Bavariya" Münhenqladbax "Borussiya"sı ilə qarşılaşacaq. Matc.az saytının məlumatına görə, turnir cədvəlinin ikinci və üçüncü pilləsində qərarlaşmış komandalar oyuna tərəflər ciddi itkilərlə çıxacaqlar.
Xüsusilə, münhenlilərin 6 əsas oyunçsunun xidmətindən məhrum olması diqqət çəkir.
"Bavariya" zədə səbəbindən Aryen Robben, Korenten Tolisso, Kinqsli Koman, Frank Riberi, David Alaba, və Leon Qoretskanın oyunundan yararlana bilməyəcək. Manuel Noyer, Sven Uilrayx və Mats Hummelsin sıraya dönüşü isə sevindirici xəbər olub.
Meydan sahiblərinin heyətində isə İbrahim Traore, Mamadu Dukur, Mikael Kuzinas və Yosip Drmiç analoji səbəbdən sözügedən qarşılaşmada forma geyinə bilməyəcəklər.
Rafaelin iştirakı isə sual altındadı.