Türkiyə Super Liqasında XXIV tura start verilib. Matc.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçında "Antalyaspor" "Ankaragücü"nü qəbul edib. Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qonaqlar 3 xala seviniblər.

Meydan sahiblərinin heyətində çiko və Sanqare fərqlənibsə, ankaralıların 3 qoluna Orgill, bir qoluna isə Boyd imza atıb.

Qeyd edək ki, 24 oyundan sonra aktivində 32 xal olan "Antalyaspor" turnir cədvəlinin 7-ci, 30 xala malik "Ankaragücü" isə 11-ci pilləsində qərarlaşıb.

Türkiyə Super Liqası

XXIV tur

"Antalyaspor" – "Ankaragücü" – 2:4

çiko, 19, Sanqare, 30 – Orgill, 21, 26, 41, Boyd, 90+6

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest