"Beşiktaş"ın futbolçusu Dele Allinin sevgilisi Sindi Kimberli podiuma çıxacaq. Matc.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kimberli dekabrın 16-da Antalyadakı "Nest Convention Center"də keçiriləcək moda nümayişində baş model kimi çıxış edəcək.

1998-ci ildə Niderlandda anadan olan ispan əsilli model son zamanlar moda və idman jurnallarının üz qabığına çıxır. O, dünyaca məşhur moda nümayişlərinin axtarılan modelləri sırasındadır.

Sosial media hesablarında 7 milyon izləyicisi olan məşhur model Türkiyədə "Beşiktaş"ın dünyaca məşhur futbolçusu Dele Allinin sevgilisi kimi də tanınır.

Kimberlinin "Formula 1" pilotu Luis Hamiltonla eşq yaşadığı iddia edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest