Lvov klubu ilə Deda arasında 3 illik müqavilə imzalanıb. O, yeni klubunda ilk olaraq gənclərdən ibarət komandada çıxış edəcək və 13 nömrəli formanı geyinəcək.

"Qarabağ"ın ukraynalı futbolçusu Yaroslav Deda vətəninə dönüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbolçu "Karpati" ilə anlaşıb.

Lvov klubu ilə Deda arasında 3 illik müqavilə imzalanıb. O, yeni klubunda ilk olaraq gənclərdən ibarət komandada çıxış edəcək və 13 nömrəli formanı geyinəcək.

2017-ci ildən "Qarabağ"ın U-19 komandasında çıxış etmiş ukraynalı hücumçu Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb və 3 qola imza atmışdı.

Qeyd edək ki, o, bu qollardan ikisini "Atletiko"ya, birini isə "çelsi"yə vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest