İtaliya A seriyasında XXVI tura start verilib. Matc.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"İnter" "Kalyari" səfərinə yollanıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Seppitelli və Pavoletti fərqlənibsə, milanlıların tək qoluna Martinez imza atıb.

Qeyd edək ki, 26 oyundan sonra aktivində 27 xal olan "Kalyari" turnir cədvəlinin 14-cü, 47 xalı olan "İnter" isə 3-cü pilləsində qərarlaşıb.

İtaliya A seriyası

XXVI tur

"Kalyari" – "İnter" – 2:1

Seppitelli, 31, Pavolotti, 43 – Martinez, 38

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest