"Mançester Yunayted"in qapıçısı Serxio Romero Ginnesin Rekordlar Kitabına düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, komandanın məşqi zamanı baş verib.

Ginnesin Rekordlar Kitabının nümayəndəsi Adam Braun "qırmızı şeytanlar"ın məşqinə qatılaraq, oyunçuların meydanın mərkəzindən vurduqları qolları sayıb. Nəticədə Romero 60 saniyə ərzində 20 dəfə toru silkələməklə Ginnesin Rekordlar Kitabına düşüb. İkinci yeri 19 qolla müdafiəçi Fil Cons tutubsa, Ander Errerada bu göstərici 14 top olub.

Qeyd edək ki, Serxio Romero "Mançester Yunayted"də ehtiyat qapıçıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest