Dekabr ayının 2-dən 4-dək Azərbaycan Şahmat Federasiyasının ofisində kişilər arasında və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək.
 
Matc.az xəbər verir ki, çempionatların təşkilində əsas məqsəd 25-30 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.
 
Qadınların çempionatında beynəlxalq əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı, kişilərin çempionatında isə beynəlxalq əmsalı (klassik, rapid, blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest