Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən "Tata Steel İndia" rapid turnirində bu gün növbəti görüşlərini keçirəcək. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu günü 7-ci turda hindistanlı Nihal Sarinlə, 8-ci və 9-cu turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə qarşılaşacaq.
 
Şəhriyar Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədə qərarlaşıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest